Liqa 1 klubunda ayrılıq

Fransanın “Sent-Etyen” klubu qapıçısı Stefan Ruffye ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli qolkiperin “Sent-Etyen”dən ayrılmasına baş məşqçi Klod Pyuel ilə dil tapa bilməməsi səbəb göstərilir.

34 yaşlı Ruffye 2011-ci ildən “Sent-Etyen”in uğurları üçün çalışırdı. Fransa yığmasının sabiq üzvü daha öncə “Monako” və “Bayonne” klublarında da forma geyinib.