Liqa 1-də yeni mövsümün ilk turunun təqvimi açıqlandı

Fransa Liqa 1-də 2019/20 mövsümünün ilk turunun təqvimi məlum olub.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, yerli çempionatda yeni mövsümə avqustun 9-da start veriləcək. İlk turun oyunları üç günü əhatə edəcək.

Son çempion PSJ ilk turda “Nim”i qəbul edəcək. “Monako” “Lion”la, “Marsel” isə “Reyms”lə qarşılaşacaq.

Fransa Liqa 1, 2019/20 mövsümü, 1-ci tur

Monako – Lion
Anje – Bordo
Dijon – Sent-Etyen
Lill – Nant
Monpelye – Renn
Nitsa – Amyen
Marsel – Reyms
PSJ – Nim
Brest – Tuluza
Strasburq – Mets