Liqa 1-ə vəsiqə qazanan ikinci klub da məlum oldu

Fransa Liqa 1-ə yüksələn ikinci komanda məlum olub.

Komanda.az xəbər verir ki, “Ayaçço” Liqa 2-nin sonuncu – 38-ci turunda “Tuluza”ya qalib gələrək (1:0) elitaya vəsiqəni təmin edib.

Bu qələbə sayəsində xalını 75-ə çatdıran komanda 2-ci yeri təmin edib. Daha əvvəl “Tuluza” çempion kimi yüksək liqaya vəsiqə qazanmışdı.

“Ayaçço” sonuncu dəfə 2013/24 mövsümündə Liqa 1-də yarışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button