“Lion”un yeni baş məşqçisi məlum oldu

“Lion” klubunun yeni idman direktoru və baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisində idman direktoru vəzifəsinə Juninyo Pernambukano, baş məşqçi postuna isə Silvinyo gətiriləcək. Bu barədə “Lion”un prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlamasında deyib.

Silvinyo Braziliya millisinin baş məşqçisi Titenin köməkçisi kimi çalışır.

“Lion”da bir müddət əvvəl baş məşqçi Bruno Cenesionun mövsümün sonunda komandadan ayrılacağı açıqlanmışdı.