“Lion” rəsmisi Benzema haqda: “Qayıtmaq istədiyini hiss etmişəm”

“Lion”un idman direktoru Juninyo Pernambukano “Real”dan Kərim Benzemanı transfer etmək istədiklərini açıqlayıb.

Komanda.az xəbər verir ki, Juninyo, bu barədə Fransa mətbuatına açıqlamasında deyib:

“Benzemanın karyerasını burda bitirəcəyinə ümid edirəm. “Lion”da ən azı iki il oynamağını və gəncləri öyrətməsini istəyirəm. O, burda möhtəşəm lider ola bilər.

Benzema ilə danışmaq üçün düzgün zamanı gözləyəcəm. Bir neçə dəfə danışmışıq və qayıtmaq istədiyini hiss etmişəm. Madriddə qazandığını ona verə bilmərik, ancaq bütün şərtləri yoxlaya bilərik”.

“Lion”un yetirməsi olan Benzema, 2009-cu ildə “Real”a keçib. Onun “kral klubu” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.