Depay tibbi müayinədən keçəcək – “Barselona” üçün

“Lion”un futbolçusu Memfis Depay karyerasını “Barselona”da davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Xəbərdə, niderlandlı hücumçunun bu gün “Barselona” üçün tibbi müayinədən keçəcəyi bildirilir.

Kataloniya təmsilçisi Depay üçün “Lion”a 25 milyon avro ödəyəcək.

2017-ci ildən “Lion”da çıxış edən Depayın fransızlarla müqaviləsi bu mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button