“Lion”un futbolçusu “Real”ın hədəfində

“Lion”un fransalı futbolçusu “Real”ın transfer hədəfindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” Fransa təmsilçisinin cinah futbolçusu Ferland Mendi üçün hərəkətə keçib.

“Real”ın 23 yaşlı futbolçu üçün 45 milyon avro ödəməyə hazır olduğu, amma “Lion”un son qərarını mövsümün sonunda verəcəyi bildirilir.

2017-ci ildən “Lion”da çıxış edən Mendi, bu mövsüm iştirak etdiyi 41 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button