Braziliyalı model Messiyə görə “Barselona” rəhbərliyini tənqid etdi FOTOLAR

Lionel Messinin fanatı olan braziliyalı model Suzi Kortes, sevimli futbolçusu “Barselona”dan ayrılmaq qərarı verdiyi üçün klub rəhbərliyini qınayıb.

Komanda.az xəbər verir ki, 33 yaşlı model, Kataloniya klubunun prezidenti Xosep Maria Bartomeunun rəhbərlik etdiyi dövrdə “Barselona”nı dəstəkləməyəcəyini deyib:

“Artıq “Mançester Siti”nin fanatıyam. Son 5 ildə Messi olmasaydı, “Barselona” heç Çempionlar Liqasına vəsiqə bilməzdi. Tarixin ən yaxşı futbolçusuna “Barselona”da yaxşı münasibət göstərilmir.

Messi və Luis Suaresə göstərilən münasibətə görə məyusam. “Barselona”nı sevirəm, amma Bartomeu prezident olduğu müddətdə onları dəstəkləməyəcəm. Həyatım boyunca “Barselona”nı sevmişəm, lakin kumirim olan şəxsi də tək buraxmayacam. Erik Abidal və Bartomeu bütün komandanı məhv etdi və indi onlara görə bütün zamanların ən yaxşı futbolçusu komandanı tərk edəcək”.