“Lion”dan “Tottenhem”ə “yox” cavabı

“Yuventus” və “Tottenhem” “Lion”un yarımmüdafiəçisi üçün hərəkətə keçib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Lion”, “Tottenhem”in Tanqi Ndombele üçün göndərdiyi 45 milyon avroluq təklifi rədd edib. Buna baxmayaraq, fransalı futbolçunun İngiltərə Premyer Liqasında çıxış etmək istədiyi deyilir.

Bundan başqa, “Yuventus”un idman direktoru Fabio Paraticinin “Lion” rəsmiləriylə görüşdüyü və futbolçunun təzminat məbləğini müzakirə etdiyi bildirilir.

“Lion”la müqaviləsinin müddəti 2023-cü ilədək olan 22 yaşlı futbolçu, son mövsümdə iştirak etdiyi 49 oyunda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button