“Lion”da ilk ayrılıq açıqlandı: “Liverpul” və “Çelsi” maraqlanır

“Lion”un hücumçusu Nabil Fekir yayda klubu tərk edəcək.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlamasında deyib. Olas, Fekirin növbəti mövsümdə komandada olmayacağını bildirib.

2013-cü ildən “Lion”da forma geyinən Fekir, 193 rəsmi qarşılaşmada iştirak edib. Fransız yarımmüdafiəçi bu oyunlarda 69 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb.

Fekirlə “Liverpul” və “Çelsi” yaxından maraqlanır.