3 namizəd

Cari mövsümün sonunda Bruno Cenesionun baş məşqçi postundan ayrılmasından sonra “Lion”un “sükanı arxasına” keçə biləcək namizədlərin adları müəyyənləşib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klubun namizədləri arasında “Nitsa”nın baş məşqçisi Patrik Vieyra, “Lill”i çalışdıran Kristof Qalte və “River Pleyt”in çalışdırıcısı Marselo Qallardo yer alır. Klubun ilk hədəfi isə Vieyradır.

Bir müddət əvvəl komandanın “sükanı arxasına” Joze Mourinyonun gətiriləcəyi deyilsə də, prezident Jan-Mişel Olas bu xəbəri təkzib etmişdi.

Bu mövsüm Liqa 1-də keçirdiyi 32 oyundan sonra 56 xal toplayan “Lion”, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button