“Düzdür, “Barselona” Depayla yaxından maraqlanır, amma…” – “Lion”un prezidenti

“Lion” klubunun prezidenti Jan-Mişel Olas “Barselona”ya keçəcəyi iddia olunan Memfis Depay haqda danışıb.

Komanda.az xəbər verir ki, 71 yaşlı funksioner, Niderlandın “De Telegraaf” nəşrinə açıqlamasında “Barselona”nın Depayı almaq üçün pulunun olmadığını bildirib:

“Barselona”nın prezidenti Xosep Maria Bartomeu mənə dedi ki, koronavirusa görə maliyyə böhranı yaşayırıq. Bundan əlavə, Depayın dəyəri 30 milyon avrodur. Düzdür, “Barselona” Depayla yaxından maraqlanır, amma Bartomeu onun üçün bir təklif göndərə bilməyəcəklərini də dedi”.