“Mourinyo artıq komanda seçimini edib” – “Lion”un prezidenti

“Lion” klubunun prezidenti Jan-Mişel Olas açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Olas, Joze Mourinyonu baş məşqçi postuna gətirmək istədiyini, ancaq rədd cavabı aldığını deyib:

“O, bizimlə görüşmək belə, istəmədi. Çünki Mourinyo artıq komanda seçimini edib”.

Mourinyonun İngiltərə Premyer Liqasına qayıdacağı gözlənilir.