PSJ yenə məğlub oldu

Futbol üzrə Fransa çempionatında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Bordo” doğma meydanda “Lion”u qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Turnir cədvəlində lider olan “Nitsa”, bu turda çətin “Monpelye” səfərinə yollanıb. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri sevinən tərəf olub. Elə “Sent-Etyen” də “Strasburq”u məğlub yola salıb.

“Monako” “Nant”ı qəbul edib və çətin qələbəyə sevinib. Bundan öncə “Lans”a uduzan PSJ bu dəfə “Marsel”in müqavimətini qırmağa çalışıb. Amma Paris təmsilçisi bu oyundan da məğlub ayrılıb.

Fransa Liqa 1, 3-cü tur

11 sentyabr

Bordo – Lion 0:0

12 sentyabr

Monpelye – Nitsa 3:1
Qol
: Laborde, 18. Konqre, 50; 64 – Dante, 69.

Sent-Etyen – Strasburq 2:0
Qol
: Buanqa, 57-pen. Kamara, 82.

13 sentyabr

Lill – Mets 1:0
Qol
: Arauxo, 88.

Anje – Reyms 1:0
Qol
: Bahoken, 55.

Dijon – Brest 0:2
Qol
: Perro, 42. Kardona, 90+5.

Loryan – Lans 2:3
Qol
: Qrbiç, 14. Vissa, 90+2-pen – Kakuta, 31. Medina, 34. Qanaqo, 63.

Nim – Renn 2:4
Qol
: Kubas, 36. Ferhat, 55 – Jirassi, 12; 39. Aquerd, 72. Buriqo, 90+7.

Monako – Nant 2:1
Qol
: Diop, 5. Gebbels, 65 – Blas, 61.

PSJ – Marsel 0:1
Qol
: Toven, 31.

Bombardir: Memfis Depay (Lion) – 3 qol.