“Linfild”in kapitanı: “Kiçik üstünlüyümüz var, amma…”

İrlandiyanın “Linfild” klubunun futbolçusu Ceymi Malqryu Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Şimali İrlandiya təmsilçisinin kapitanı jurnalistlərlə görüşdə bunları deyib:

  • Sabah bizi çətin oyun gözləyir. Kiçik üstünlüyümüz var, ancaq bu elə də əhəmiyyət kəsb etmir. Mərhələni keçmək bizim üçün çətin olacaq.
  • Bakı gözəldir, yoxsa “Qarabağ”ın oyunu?
  • Bakı əla şəhərdi. İlk oyuna baxsaq, “Qarabağ” indiyə kimi qarşılaşdığımız ən güclü rəqiblərdəndi. Sabah daha çətin olacaq. Onların səviyyələrini artıracağını düşünürəm.