“Linfild” Bakıya yola düşdü

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq Şimali İrlandiyanın “Linfild” klubu bu gün Bakıya yola düşüb.

Komanda.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabında məlumat yayılıb.

Şimali İrlandiya klubunun bu axşam saat 20:00-da Bakıya çatması gözlənilir.

Avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” matçına saat 20:00-da start veriləcək. Bu komandalar arasında Belfastda baş tutan ilk oyunda Ağdam klubu 2:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button