“Linfild” Bakıda bir qazanın içinə düşəcək”

Şimali İrlandiyanın “Qlentoran” klubunun baş məşqçisi Mik Makdermott Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la “Linfild” arasında keçiriləcək cavab oyunu ilə bağlı fikirlərini bildirib.

Komanda.az “belfasttelegraph.co.uk” saytına istinadən xəbər verir ki, şimali irlandiyalı mütəxəssis, qarşılaşma ilə bağlı bunları deyib:

“Linfild” Bakıda bir qazanın içinə düşəcək. Buna hazır olmalıdılar. Düşdükləri mühitdə, meydandan kənarda, oteldə, avtobusda, hətta viza məsələsində böyük döyüş olacaq. O ərazilərdə çalışdığım üçün bölgədəki duruma bələdəm. Bilirəm ki, ora getdiyiniz zaman sizə nə edə bilərlər. Matç başladıqda meydanda güclü olmalıdılar.

İlk oyun 3:1 hesabıyla bitsəydi, əla olardı, ancaq 3:2 hesabı “Qarabağ”a 1:0 hesablı qələbə üçün daha çox inam verir”.

“Qarabağ” – “Linfild” matçı bu gün, saat 20:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk görüşdə “Linfild” 3:2 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button