“Lill”in futbolçusu “Yuventus”un hədəfində

Fransanın “Lill” klubunun futbolçusu Qabriel Maqalyes karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, “Yuventus” 22 yaşlı futbolçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Qoca sinyora”nın daha əvvəl də heyətinə qatmağa çalışdığı futbolçu üçün yenidən hərəkətə keçdiyi bildirilir. Fransa klubu futbolçunun təzminat qiymətini 15 milyon avro olaraq müəyyənləşdirib.

Braziliyalı futbolçu ilə “Arsenal” və “Everton” klublarının da maraqlandığı bildirilir.

2017-ci ildən “Lill”in şərəfini qoruyan müdafiəçinin klubla müqaviləsi 2023-cü ilin iyulunadək nəzərdə tutulub. O, cari mövsümdə 34 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button