“Bavariya” ilə “Barselona”nı üz-üzə gətirən nigeriyalı

“Lill”in futbolçusu Viktor Osimhen Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 20 yaşlı hücumçu ilə “Barselona” və “Bavariya” yaxından maraqlanır. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

“Bavariya”nın skautlarının artıq bir neçə dəfə Osimhenin oyunlarını izlədiyi bildirilir. Münhen təmsilçisi qış fasiləsində nigeriyalı hücumçu üçün danışıqlar aparmağı planlaşdırır.

Bu yay “Lill”ə keçən Osimhen Liqa 1-də 11 oyuna 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button