“Lids”in futbolçusu Super Liqa klubunda

Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, yeni mövsümdə Super Liqada mübarizə aparacaq Dənizli təmsilçisi malili futbolçu Hadi Sakonu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.

Sako geridə qalan mövsümü icarə əsasında İspaniyanın “Las Palmas” və Türkiyənin “Ankaragücü” klublarında keçirib. 2016-cı ildə “Lids”ə üz tutan futbolçu daha öncə yetirməsi olduğu Fransanın “Bordo”, “Havr”, “Soşo” və Portuqaliyanın “Sportinq” klublarında da forma gerinib.