Kantonanın rekordu təkrarlandı

“Lids” İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə “Aston Villa”nı 3:0 hesabıyla məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, görüşdə het-trik edən Patrik Bemford yeni uğura imza atıb. Belə ki, ingilis hücumçu “Lids”in heyətində 6 turda 6 qol vuraraq, sabiq fransız forvard Erik Kantonanın rekordunu təkrarlayıb.

“Lids”də sonuncu dəfə 1992/93 mövsümündə Erik Kantona ilk 6 turda 6 qol vurmağı bacarmışdı.

Kantona 1992-ci ilin fevralından noyabrına kimi “Lids”də çıxış edib. Sabiq hücumçu 1992-ci ilin noyabrında “Mançester Yunayted”ə keçib.