“Real”dan darmadağın

Futbol üzrə İspaniya La Liqasında 28-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış oyununda ardıcıl qələbələr sayəsində turnir cədvəlində yenidən Çempionlar Liqası zonasına qayıdan “Atletiko” “Kadis”i qəbul edib. Üç qolun qeydə alındığı matç Madrid təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Levante” – “Espanyol” matçında qalib müəyyənləşməyib. “Xetafe” ilə “Valensiya”nın görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb. “Qranada” evdə “Elçe”yə minimal hesabla uduzubsa, “Vilyarreal” doğma meydanda “Selta”ya tək qolla qalib gəlib.

Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Sevilya” turu xal itkisi ilə başa vurub. “Betis” “Atletik”i, “Real Sosyedad” isə “Alaves” minimal hesabla üstələyib.

“Barselona” isə “Kamp Nou”da “Osasuna” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi La Liqada ardıcıl 4-cü qələbəsini qazanıb.

Lider “Real” “Malyorka” ilə səfər matçına yüksək əhval-ruhiyyədə yollanıb. Belə ki, Karlo Ançelottinin yetirmələri həftəiçi Çempionlar Liqasında PSJ-ni məğlub edərək, 1/4 finala vəsiqə qazanmışdı. Madrid təmsilçisi bu oyunda da darmadağına sevinib.

İspaniya La Liqası, 28-ci tur

11 mart

Atletiko – Kadis 2:1
Qol
: J.Feliks, 3. De Paul, 68 – Neqredo, 45.

12 mart

Levante – Espanyol 1:1
Qol
: D.Qomes, 80 – Puado, 50.

Qranada – Elçe 0:1
Qol
: Fidel, 11.

Vilyarreal – Selta 1:0
Qol
: Parexo, 64.

Xetafe – Valensiya 0:0

13 mart

Rayo Valyekano – Sevilya 1:1
Qol
: Bebe, 46 – Dileyni, 63.

Betis – Atletik 1:0
Qol
: B.İqlesias, 20.

Real Sosyedad – Alaves 1:0
Qol
: Zubimendi, 70.

Barselona – Osasuna 4:0
Qol
: F.Torres, 14-pen; 21. Obameyanq, 27. Puiq, 75.

14 mart

Malyorka – Real 0:3
Qol
: Vinisius, 55. Benzema, 76-pen; 82.

Bombardir: Kərim Benzema (Real) – 20 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button