Liderlə autsayder fərqli qütblərdə

Bu mövsüm futbol üzrə Azərbaycan Premyer Liqasında 20 turun 80 oyununu 80 min 630 tamaşaçı izləyib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalarda orta göstərici 1 008-ə bərabər olub.

Çempionatın lideri “Qarabağ” bu göstəricidə də birincidi. Ağdam təmsilçisinin ən yaxın izləyicisi “Sabah”dı. “Neftçi” 3-cü pillədə qərarlaşıb. Premyer Liqanın autsayderi “Qəbələ” bu siyahıda da sonuncu sırada yer alıb.

Qeyd edək ki, ən çox tamaşaçı 4-cü turun “Qarabağ” – “Neftçi” oyununda (2:0) olub – 7 000. 3-cü turun “Qəbələ” – “Keşlə” (0:4), 10-cu turun “Sabah” – “Keşlə” matçlarında isə antirekord qeydə alınıb – 150 nəfər.

1Qarabağ16600101660
2Sabah1195091328
3Neftçi14000111273
4Sumqayıt11500101150
5Keşlə840010840
6Zirə740010740
7Səbail675010675
8Qəbələ403010403
 Cəmi80630801008