“Beşiktaş”dan çətin qələbə

Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Antalyaspor” “Bursaspor”u qəbul edib. Elitada qalmaq uğrunda mübarizə aparan qonaqlar bu görüşdən minimal hesabla qalib ayrılıblar.

Lider “Qalatasaray” “Rizəspor” səfərinə yollanıb. Beş qolun qeydə alındığı matç qonaqların çətin qələbəsiylə yekunlaşıb.

“Fənərbaxça” isə “Akhisarspor”la ev oyunundan qələbə ilə ayrılıb. Altı qolun qeydə alındığı “Göztəpə” – “Sivasspor” matçında isə qalib müəyyənləşməyib.

Bazar günü daha dörd görüş baş tutub. Dörd qolun qeydə alındığı “Konyaspor” – “Trabzonspor” matçında qalib müəyyənləşməyib. “Yeni Malatyaspor” “Ərzurumspor”u, “Kayserispor” “Kasımpaşa”nı məğlub yola salıb. Zirvəyə şərik olan “Başakşəhər” isə “Ankaragücü” ilə ev oyununda xeyli müddətdən sonra qələbə qazanmağa nail olub.

Turun son oyununda “Beşiktaş” “Alanyaspor”u sınağa çəkib. Üç qolun qeydə alındığı qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası, 32-ci tur

10 may

Antalyaspor – Bursaspor 0:1
Qol
: Şedju, 16.

11 may

Rizəspor – Qalatasaray 2:3
Qol
: Muriqi, 45. Umar, 76 – Fequli, 9. Diane, 90+1-pen; 90+8.

Fənərbaxça – Akhisarspor 2:1
Qol
: Soldado, 28. Dirar, 30 – H.Barbosa, 45.

Göztəpə – Sivasspor 3:3
Qol
: D.Kadah, 10. Jerom, 54. Nqando, 82 – E.Kılınç, 8. B.Emir, 33-öz qapısına. M.Demir, 80.

12 may

Kayserispor – Kasımpaşa 2:1
Qol
: Qyan, 74; 79 – Ben Yussef, 26.

Konyaspor – Trabzonspor 2:2
Qol
: Yonsson, 17. Fofana, 45 – Rodalleqa, 11. Sosa, 79-pen.

Başakşəhər – Ankaragücü 2:1
Qol
: Bajiç, 46. Robinyo, 62 – Boyd, 17.

Yeni Malatyaspor – Ərzurumspor 3:1
Qol
: Aleksiç, 50. Bifuma, 61. Ö.Şişmanoğlu, 90 – R.Məhəmməd, 75.

13 may

Beşiktaş – Alanyaspor 2:1
Qol
: Lyayiç, 11. Kuaresma, 55 – C.Erkin, 44-öz qapısına.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 30 qol.