Lider səfərdən xalsız döndü

Almaniya Bundesliqasında 15-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Hoffenhaym” “Auqsburq”u qəbul edib. Altı qolun qeydə alındığı qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.

Şənbə günü altı qarşılaşma baş tutub. “Bavariya” “Verder”lə ev oyununda darmadağına sevinib. Dortmund “Borussiya”sı da “Maynts”la səfər oyunundan 4 cavabsız qolla qalib ayrılıb.

“Köln” “Bayer”i, “Herta” “Frayburq”u məğlub yola salıb. “Herta” – “Paderborn” matçında heç-heçə qeydə alınıb. “Fortuna” da evdə “Leyptsiq”ə böyük hesabla uduzub.

Lider Münhenqladbax “Borussiya”sı bu turda çətin “Volfsburq” səfərinə yollanıb və məğlubiyyətlə üzləşib. “Şalke” isə “Ayntraxt”ı məğlub yola salıb.

Almaniya Bundesliqası, 15-ci tur

13 dekabr

Hoffenhaym – Auqsburq 2:4
Qol
: Skov, 14. Lokadia, 80 – Maks, 11; 51-pen. Yensen, 56. Yaqo, 85.

14 dekabr

Bavariya – Verder 6:1
Qol
: Koutinyo, 45; 63; 78. Levandovski, 45+4; 72. Müler, 75 – Raşiça, 24.

Köln – Bayer 2:0
Qol
: Kordoba, 73. Bornau, 84.

Herta – Frayburq 1:0
Qol
: Darida, 53.

Maynts – Borussiya D 0:4
Qol
: Roys, 32. Sanço, 66. Hazard, 69. Şults, 84.

Herta – Paderborn 1:1
Qol
: Proqer, 33 – İnqvartsen, 7.

Fortuna – Leyptsiq 0:3
Qol
: Şik, 2. Verner, 58-pen. Mukiele, 75.

15 dekabr

Volfsburq – Borussiya M 2:1
Qol
: Şlager, 13. Arnold, 90+1 – Embolo, 15.

Şalke – Ayntraxt 1:0
Qol
: Raman, 53.

Bombardir: Robert Levandovski (Bavariya) – 16 qol.