Levandovski – “Herta” 4:3

Futbol üzrə Almaniya Bundesliqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Yunion”la “Maynts” üz-üzə gəlib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. Dortmundun “Borussiya” klubu doğma meydanda “Frayburq”la qarşılaşıb və 4 cavabsız qolla qalib gəlib. “Leyptsiq” də “Şalke” ilə ev oyunundan oxşar hesabla qalib ayrılıb. Lider “Hoffenhaym” “Ayntraxt”la səfər oyununda məğlubiyyətə üzülüb. Münhenqladbax “Borussiya”sı səfərdə “Köln”ə qalib gəlib. “Ştutqart” – “Bayer” oyunundan qalib müəyyənləşməyib. “Verder” də “Arminiya”nı məğlub yola salıb.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Volfsburq” – “Auqsburq” matçında qapılara qol vurulmayıb. “Bavariya” isə “Herta” oyunda çətin qələbəyə sevinib. 7 qolluq oyunda Münhen təmsilçisinin bütün qollarını Robert Levandovski vurub.

Almaniya Bundesliqası, 3-cü tur

2 oktyabr

Yunion – Maynts 4:0
Qol
: Kruse, 13. İnqvartsen, 49. Fridrix, 63. Pohjanpalo, 64.

3 oktyabr

Borussiya D – Frayburq 4:0
Qol
: Haland, 31; 66. E.Can, 47. Passlak, 90+2.

Ayntraxt – Hoffenhaym 2:1
Qol
: Kamada, 54. Dost, 71 – Kramariç, 18.

Köln – Borussiya M 1:3
Qol
: Rexbeçay, 84 – Plea, 14. Layner, 16. Ştindl, 56.

Ştutqart – Bayer 1:1
Qol
: Kalaydziç, 76 – Şik, 7.

Verder – Arminiya 1:0
Qol
: Bittenkur, 27.

Leyptsiq – Şalke 4:0
Qol
: C.Bozdoğan, 31. Anxelinyo, 35. Orban, 45+2. Halştenberq, 80.

4 oktyabr

Volfsburq – Auqsburq 0:0

Bavariya – Herta 4:3
Qol
: Levandovski, 40; 51; 85; 90+3-pen – Kordoba, 59. Kunya, 71. Nqankam, 88.

Bombardir: Andre Kramariç (Hoffenhaym) – 6 qol.