“Beşiktaş”dan çətin qələbə

Futbol üzrə Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Fənərbaxça” “Gənclərbirliyi” səfərinə yollanıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar. Lider “Başakşəhər” isə “Dənizlispor”u sınağa çəkib. İstanbul təmsilçisi inamlı qələbə sayəsində zirvədəki yerini qoruyub.

“Qalatasaray” bu turda çətin “Alanyaspor” səfərinə yollanıb və bu dəfə də xalsız qalıb. Üçüncü pillədəki “Sivasspor” evdə “Yeni Malatyaspor”a uduzubsa, turnir cədvəlinin ikincisi “Trabzonspor” bu turda “Antalyaspor”la dueldən xal itkisi ilə ayrılıb. “Göztəpə” – “Ankaragücü” matçında da qalib müəyyənləşməyib.

Sonuncu oyun gününə üç qarşılaşma təsadüf edib. “Rizəspor” doğma meydanda “Kayserispor”a, “Beşiktaş” “Kasımpaşa”ya, “Qaziantep” isə “Konyaspor”a çətinliklə də olsa, qalib gəlib.

Türkiyə Super Liqası, 31-ci tur

7 iyul

Gənclərbirliyi – Fənərbaxça 1:1
Qol
: Stanku, 60 – E.Belözoğlu, 81.

Başakşəhər – Dənizlispor 2:0
Qol
: Krivelli, 65. Vişça, 78-pen.

8 iyul

Sivasspor – Yeni Malatyaspor 0:1
Qol
: Akva, 68.

Trabzonspor – Antalyaspor 2:2
Qol
: Sosa, 15-pen; 43-pen – U.Akyol, 9-pen. Y.Kurtuluş, 66.

Alanyaspor – Qalatasaray 4:1
Qol
: Sisse, 43; 45+2. Bakasetas, 90. M.Pektemek, 90+6 – A.Büyük, 45+3.

Göztəpə – Ankaragücü 2:2
Qol
: Vilçek, 26-pen. S.Aydoğdu, 45+1 – Orgill, 17. Q.Rodriqes, 58-pen.

9 iyul

Rizəspor – Kayserispor 3:2
Qol
: Samu, 11. Qarmaş, 90+2. Fernandes, 90+3 – Angelo, 32. Kravets, 87-pen.

Beşiktaş – Kasımpaşa 3:2
Qol
: Boyd, 7. Boatenq, 49. G.Yalçın, 90 – Koyta, 21; 29.

Qaziantep – Konyaspor 3:1
Qol
: Maksim, 86-pen. F.Soyalp, 89. Pavloviç, 90+9 – Miloşeviç, 13.

Bombardir: Papis Sisse (Alanyaspor) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button