Lider əsas izləyicisinə qalib gəldi

Bu gün Yüksək Liqada 15-ci turun yarıda qalmış “Marafon” – “Araz” oyunu keçirilib.

Komanda.az xəbər verir ki, lider “Araz”ın ikinci pillədə qərarlaşan “Marafon”la oyunu məhsuldar alınıb. Bakı İdman Sarayında keçirilən oyunda qapılara 7 qol vurulub. Qələbəni isə “Araz” bayram edib.

Bu qələbə sayəsində 17-ci oyunundan da qalib ayrılan “Araz” cari mövsümdə itkisiz irəliləməkdə davam edir. Sözügedən komandanın 51 xalı varsa, “Marafon” 39 xalda qalıb.

Futzal, Yüksək Liqa, 15-ci turun oyunu

2 mart

Marafon – Araz 2:5
Qol
: Farid Mazaherichorasi, 37:35. Vitali Borisov, 38:51 – İsa Atayev 0:45-pen; 14:54. Eshaq Surğali, 19:36. Xətai Bağırov, 28:46. Murilo Borges Souza, 33:15.
Hakimlər: Əli Cəbrayılov, Anar Fərəcov və Ceyhun Hüseynov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button