“Leyptsiq”dən yeni hücumçusu ilə 5 illik müqavilə

Almaniyanın “Leyptsiq” klubunun müqavilə ilə “Kristal Pelas”a məxsus olan, icarə əsasında “Trabzonspor”da forma geyinən hücumçu Aleksander Sörlotu transfer etdiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, artıq Bundesliqa təmsilçisi də bu transferi rəsmən açıqlayıb.

Norveç yığmasının da formasını geyinən 24 yaşlı forvardla 5 illik müqavilə imzalanıb. Almaniya klubu bu transferə görə 20 milyon avrosundan keçib ki, bu məbləğ də “Kristal Pelas”la “Trabzonspor” arasında bərpa bölünəcək. Sörlotun performansından asılı olaraq, bu klubların daha 2 milyon avro irəli düşmək imkanı da var.

Sörlot “Leyptsiq”də “19” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Rusenborq”un yetirməsi olan, “Bodo Qlimt”, “Qroningen”, “Midtyulland” kimi klublarda da forma geyinmiş Sörlot “Kristal Pelas”da 2018-ci ildən çıxış edirdi. Amma İngiltərə klubu 2018/19 mövsümündə onu “Gent”ə, ötən mövsümün əvvəlində isə “Trabzonspor”a icarəyə vermişdi.