“Leyptsiq”dən inamlı qələbə

Almaniya Bundesliqasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son turda doğma meydanda “Volfsburq”a darmadağın olan “Bayer” bu dəfə “Frayburq” səfərinə yollanıb. Leverkuzen təmsilçisi səfərdən 3 xalla qayıdıb.

Lider “Bavariya” bu turda Düsseldorf “Fortuna”sını qəbul edib. Rəqibini 5 cavabsız qolla məğlub edən Münhen klubu zirvədəki mövqeyini qoruyub. “Herta” da “Auqsburq”u 2 cavabsız qolla yenib.

“Maynts” evdə “Hoffenhaym”a, “Şalke” “Verder”ə, “Volfsburq” isə “Ayntraxt”a uduzub.

Dortmund “Borussiya”sı autsayder “Paderborn”un qonağı olub və darmadağınla qalib gəlib. Münhenqladbax “Borussiya”sı da Berlin “Yunion”unu böyük hesabla yenib.

Sonuncu oyun günündə bir qarşılaşma baş tutub. “Köln” doğma meydanda “Leyptsiq”lə qarşılaşıb. Altı qolun qeydə alındığı qarşılaşma daha iddialı olan qonaqların qələbəsiylə başa çatıb.

Almaniya Bundesliqası, 29-cu tur

29 may

Frayburq – Bayer 0:1
Qol
: Haverts, 54.

30 may

Herta – Auqsburq 2:0
Qol
: Dilrosun, 23. Pyontek, 90+3.

Maynts – Hoffenhaym 0:1
Qol
: Bebu, 43.

Şalke – Verder 0:1
Qol
: Bittenkur, 32.

Volfsburq – Ayntraxt 1:2
Qol
: Mbabu, 58 – A.Silva, 27-pen. D.Kamada, 85.

Bavariya – Fortuna 5:0
Qol
: Yorgensen, 15-öz qapısına. Pavard, 29. Levandovski, 43; 50. A.Deyvis, 52.

31 may

Borussiya M – Yunion 4:1
Qol
: Noyhaus, 17. Turam, 41; 59. Plea, 81 – Andersson, 50.

Paderborn – Borussiya D 1:6
Qol
: Hunemeyer, 72 – Hazard, 54. Sanço, 57; 74; 90+1. Hakimi, 85. Şmeltser, 89.

1 iyun

Köln – Leyptsiq 2:4
Qol
: Kordoba, 7. Modeste, 55 – Şik, 20. Nkunku, 38. Verner, 50. Olmo, 57.

Bombardir: Robert Levandovski (Bavariya) – 29 qol.