Klubu da gənc, özü də

“Leyptsiq” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Atletiko”ya 2:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmann turnirin bu mərhələsinə yüksələn ən gənc mütəxəssis olub. O, bu uğura 33 yaş 22 günlüyündə nail olub. Naqelsmann bu göstəricidə Didye Deşamı geridə qoyub. Deşam 2004-cü ildə “Monako” ilə turnirin yarımfinalına 35 yaş 7 aylığında yüksəlmişdi.

Bundan başqa, “Leyptsiq” turnirin yarımfinal mərhələsinə vəsiqə qazanmağı bacaran ən gənc klub olub. 2009-cu ildə yaradılan Almaniya klubu, bu uğura 11-ci ilində nail olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button