“Bayern” Levandovskiyə əvəzləyici tapıb

“Bayern” Robert Levandovskinin mövsümün sonunda komandanı tərk edəcəyi ilə artıq barışıb.

Komanda.az xəbər verir ki, Almaniya klubu yeni hücumçusunu da müəyyənləşdirib. Münhen təmsilçisi “Real”ın forvardı Luka Yoviçin polşalıya layiqli əvəzləyici olacağını düşünür. Serbiya millisinin üzvü “kral klubu”nda əsas heyətə düşə bilmədiyi üçün komandanı tərk etməyi planlaşdırır. Bu da münhenlilərin onu ucuz qiymətə transfer edə bilməsi deməkdir. Tezliklə tərəflər arasında danışıqlara start veriləcək.

Yoviçin “Real”la müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button