Levandovskidən 1 milyon avroluq dəstək

Almaniya çempionu “Bavariya”nın daha bir futbolçusu koronavirus pandemiyasına qarşı mübarizədə maddi yardımı ilə diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisinin əsas qol silahı Robert Levandovski koronavirusla mübarizəyə 1 milyon avro ayırıb.

Polşa yığmasının hücumçusu bunu həyat yoldaşı ilə birgə həyata keçirib.

Levandovski Almaniya mətbuatına açıqlamasında bu xeyirxah addımlarını belə şərh edib:

“Yaşanan ciddi və çətin durumun fərqindəyik. Artıq hər birimiz eyni komandanın heyətində mübarizə aparırıq. Bu mübarizəyə dəstək verə biləcək hər kəsdən yardım gözləyirik”.

Xatırladaq ki, daha öncə Levandovskinin komanda yoldaşları Leon Qoretska ilə Yozua Kimmix də ikilikdə koronavirusa qarşı mübarizəyə 1 milyon avroluq yardım etmişdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button