“Levandovski mənə dedi ki…” – Dembele

Robert Levandovski “Barselona”ya transfer ediləndə Osman Dembele ilk görüşündə ondan çoxlu məhsuldar ötürmə gözlədiyini deyib.

Komanda.az xəbər verir ki, Dembele bu barədə “Mundo Deportivo”-ya açıqlamasında danışıb:

“İlk görüşdə Robert mənə dedi ki, sən mənə çoxlu ötürmələr edəcəksən.

Levandovski göründüyü qədər yaxşıdır? Bəli, elədir. Biz bunu hər gün məşqdə də görürük. Həm də çox yaxşı oğlandır, həmişə gülür, hamı ilə çox danışır. Onun 34 yaşı var və gənc futbolçularımıza ötürə biləcəyi böyük təcrübəyə malikdir. O, komandanın lideridir”.

Levandovski “Barselona”ya bu yay “Bayern”dən keçib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button