Levandovski ilin ən yaxşı idmançısı oldu – 2-ci dəfə

Polşada 2020-ci ilin ən yaxşı idmançısı məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu, “Bavariya”nın futbolçusu Robert Levandovskidir. 32 yaşlı hücumçu karyerası ərzində 2-ci dəfə bu mükafatı qazanıb. Levandovski 2016-cı ildə də Polşada ilin idmançısı seçilmişdi.

Hücumçu FİFA tərəfindən də 2020-ci ilin ən yaxşı futbolçusu seçilib.