Levandovski Bundesliqada daha bir rekorda imza atdı

“Bavariya”nın hücumçusu Robert Levandovski daha bir rekorda imza atıb.

Komanda.az xəbər verir ki, polşalı forvard Bundesliqanın 16-cı turu çərçivəsində “Frayburq”la oyunda (2:1) hesabı açmaqla cari mövsümdəki növbəti qolunu vurub.

32 yaşlı futbolçu bununla da Almaniya çempionatındakı qollarının sayını 21-ə çatdırıb. Bu, Bundesliqa tarixində rekord göstəricidir. İndiyədək heç kim mövsümün ilk yarısında 21 qol vurmamışdı.

Xatırladaq ki, Levandovski FİFA və UEFA-nın ən yaxşı oyunçusu adını qazanıb, “Globe Soccer Awards” mükatına layiq görülüb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button