“Bayern”in hücumçusu Robert Levandovski yayda Almaniya klubunu tərk etmək niyyətində olduğunu təsdiqləyib.
Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, hər iki tərəfi qane edən yol tapmalı olduqlarını deyib:
“Yeni müqavilə təklifi almamışam. İndi biz hər iki tərəfi qane edən həll yolu tapmalıyıq”.
Polşalı futbolçunun adı İspaniyanın “Barselona” klubu ilə hallanır.