Levandovskiyə görə 5 ən yaxşı hücumçu

“Bavariya”nın futbolçusu Robert Levandovski beş ən yaxşı hücumçunun adını açıqlayıb.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, polşalı futbolçu, “hazırda karyerasını davam etdirən ən yaxşı beş forvard hansıdır” sualına belə cavab verib:

“Çətin sualdır. Ən yaxşı “9 nömrə”lərdən danışmalı olsaq, Kərim Benzema, Timo Verner, Luis Suares, Serxio Aquero və Kilian Mbappeni deyərəm”.

Levandovski, “Borussiya”nın (Dortmund) futbolçusu Erlinq Halandla bağlı da danışıb:

“Onun böyük potensialı, həmçinin vaxtı var. Sözlərimlə üzərində təzyiq yaratmaq istəmirəm, amma çox çalışsa, daha yaxşı bir futbolçu olar və nəticədə ən yüksək səviyyəyə çata bilər. Karyerası ilə bağlı növbəti addımına kimi Bundesliqada qalması yaxşı olar. Haland Bundesliqada inkişaf edə bilər”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button