Brendan Rocersdən “Arsenal” iddialarına cavab

“Lester”in baş məşqçisi Brendan Rocers “Arsenal”ı çalışdıracağı haqda çıxan xəbərləri təkzib edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rocers “Everton”la oyundan sonra təşkil olunan mətbuat konfransında deyib:

“Arsenal”la bağlı xəbərləri oxuyuram, ancaq bütün diqqətim “Lester”dədir. Burda edəcək çox işim var və bunun üçün həyəcanlıyam”.

“Lester” Premyer Liqanın 14-cü turunda “Everton”u 2:1 hesabıyla məğlub edib. “Tülkülər” hazırda 32 xalla Premyer Liqada 2-cidir.