“Lester Siti”dən Vardi ilə yeni müqavilə

İngiltərənin “Lester Siti” klubu hücumçusu Ceymi Vardi ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

33 yaşlı forvard yeni müqaviləyə əsasən, 2023-cü ilin yayına qədər sözügedən kluba məxsus olacaq.

Qeyd edək ki, Ceymi Vardi 2012-ci ildən “Lester”in formasını geyinir. Forvard bu klubun heyətində keçirdiyi 310 oyunda 130 qola, 52 məhsuldar ötürməyə imza atıb. O, geridə qalan mövsümdə 35 oyunda 23 qol vurub.