“Lester Siti”dən “Trabzonspor”a – RƏSMİ

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərənin “Lester Siti” klubunun yarımmüdafiəçisi Fusseni Diabateni transfer edib.

Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

Türkiyə təmsilçisi bu transfer üçün qarşı tərəfə 1 milyon 573 min avro təzminat ödəyib. Diabate özü isə yeni klubunda ilinə 1 milyon avro qazanacaq. Futbolçunun gələcəkdə başqa bir kluba satışı zamanı da əldə olunacaq gəlirin 15 faizi “Lester Siti”yə ödəniləcək. 3 ildən sonra “Trabzonspor” onu yenə heyətində saxlamaq istəsə, əlavə bir ildə ona 1 milyon 50 min avro ödəyəcək.

Xatırladaq ki, malili oyunçu ötən mövsüm icarə əsasında Fransanın “Amyen” klubunda çıxış edib.