“Lester Siti”də iki müqavilə

İngiltərənin “Lester Siti” klubu yarımmüdafiəçilər Nampali Mendi və Ceyms Meddison ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Mendi ilə 2021/22 mövsümünün sonunadək müqavilə imzalanıbsa, Meddison 2024-cü ilin yayına qədər “Lester Siti”nin uğurları üçün çalışmağa davam edəcək.

“Monako”nun yetirməsi olan Mendi 2016-cı ildən İngiltərə klubunda forma geyinir. O, 2013-2016-cı illər aralığında “Nitsa”da da çıxış edib. 28 yaşlı fransaız 2017/18 mövsümündə də “Nitsa”ya icarəyə verilib.

Meddison isə 2018-ci ildən “Lester Siti”dədir. 23 yaşlı ingilis futbolçu “Koventri Siti”, “Norviç Siti” və “Aberdin”də də oynayıb. Yarımmüdafiəçi İngiltərə yığmasında da bir oyun keçirib.