“Lester Siti” 35 milyon avroluq transferini rəsmən açıqladı

İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Sent-Etyen”dən Uesli Fofananı transfer edib.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı fransız müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatının yazdığına görə, “Lester Siti” Fofana üçün Liqa 1 klubuna 35 milyon avro ödəyəcək. Bonuslarla bu məbləğin 40 milyon avroya çıxması nəzərdə tutulub. Bu, “Sent-Etyen” tarixinin ən qazanclı satışıdır.

Fofana “Sent-Etyen” formasıyla meydana çıxdığı 30 oyunda 2 qola imza atıb.