Leroy Sane rəsmən “Bavariya”da

Almaniya çempionu “Bavariya” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa nəhəngi İngiltərənin “Mançester Siti” klubunun və Almaniya yığmasının hücumameylli yarımmüdafiəçisi Leror Saneni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Bavariya” bu transferə görə “Mançester Siti”yə 55 milyon funt-sterlinq məbləğində təzminat ödəyəcək. Futbolçu özü isə yeni klubunda ilinə 20 milyon funt-sterlinq qazanacaq.

Bu transferə baxmayaraq, Sane avqustda bərpa olunacaq UEFA Çempionlar Liqasının oyunlarında “Bavariya”ya kömək edə bilməyəcək.

Qeyd edək ki, “Şalke”nin yetirməsi olan Sane, 2016-cı ildən “Mançester Siti”nin uğurları üçün çalışırdı.