“Təbii ki, son qərar klub rəhbərliyinindir” – Lempard

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard London klubundakı karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis, “Çelsi”də qalmaq istədiyini bildirib:

“Keçən mövsümü bizim üçün çətinləşdirən bir neçə nüans oldu. İndi “Çelsi”də uzun müddətli planın bir parçası olmağı çox istəyirəm. Yayda etdiyimiz transferlər gələcək üçün hesablanmışdı. Təbii ki, son qərar klub rəhbərliyinindir. Belə bir klubda olduğum üçün şanslıyam”.

Premyer Liqada 10 turdan sonra 19 xal toplayan “Çelsi” turnir cədvəlinin 3-cü pilləsindədir.