Mahir Emreli: “Buna görə qoldan sonra onun yanına getdim”

“Legiya”nın futbolçusu Mahir Emreli Avropa Liqasında “Napoli”yə uduzduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, 1:4 hesabıyla bitən oyunda komandasının yeganə qolunu vuran azərbaycanlı hücumçu bunları deyib:

“Uzun müddət idi ki, qol vurmurdum. Baş məşqçimiz mənə inandı və şans verdi. Buna görə qoldan sonra onun yanına getdim. Ona təşəkkürümü bildirdim.

Açığı, fərqləndiyim oyunda uduzuruqsa, bu, mənim üçün heç bir məna kəsb etmir. Vəziyyəti analiz etməli, səhvlərimiz üzərində işləməli və irəliyə baxmalıyıq. Müsbət məqamları təkcə qol vurmağımızda deyil, həm də effektiv hücumlar qurmağa çalışmağımızda, birlikdə oynamağımızda və məşqdə etdiklərimizdə axtarırıq. Gələcəyə nikbin baxırıq. İnanıram ki, hər şey yaxşı olacaq.

“Napoli”ni tanıyırıq. Onların necə futbol oynadığı göz qabağındadır. Biz buna hazırlaşmışdıq. “Napoli” İtaliyanın ən yaxşı komandalarındandır. Boşluqlar verdik və bundan istifadə etdilər. Onların səviyyəsi bizdən yüksəkdir, bunu bilirik.

Vurulan qolların fərdi səhvlərə görə olduğunu deməzdim. Komanda olaraq udur, komanda olaraq uduzuruq. Hər şeydən əvvəl bunu unutmalı və irəli baxmalıyıq. Nəticə oyuna görə olmadı. Düşünürəm ki, hesab 1:4 olmamalı idi. Amma bu, futboldur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button