“Qarabağ”la oyundan qorxmuram” – “Legiya”nın futbolçusu

“Legiya”nın futbolçusu Filip Mladenoviç klubun saytına müsahibə verib.

Komanda.az xəbər verir ki, serbiyalı yarımmüdafiəçi müsahibəsində Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışıb:

“Hər klubun öz hədəfləri var və bizim də hədəfimiz Avropa Liqasının qrup mərhələsində yer almaqdır. Buna görə burdayıq, buna görə çalışırıq və hədəflərimiz var. “Qarabağ”la oyundan qorxmuram. Özümə, komandama kömək etmək istəyirəm. Hər birimiz belə düşünürük. Meydana çıxanda hər zaman yaxşı olacağına özümü inandırıram. “Legiya” ilə yaxşı şeylər bacaracağımıza inanıram”.

Sabah keçiriləcək “Legiya” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button