“Qarabağ” bizdən üstün oynadı” – “Legiya”nın futbolçusu

“Legiya”nın futbolçusu Domaqoy Antoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, Varşava təmsilçisinin mətbuat xidmətinə danışan Antoliç, 0:3 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib:

“Bu oyuna bütün həftə hazırlaşmışdıq. Çox şeyi təhlil etmişdik, yeni sistemlə oynamağa çalışdıq. İlk dəqiqədən son dəqiqəyə qədər “Qarabağ” bizdən üstün oynadı. Onları bu qələbə münasibətilə təbrik etmək lazımdır. Qarşılaşma boyunca “Qarabağ” bizdən üstün oldu. Buna görə də, daha çox şanslar yaradıb, qol vurdular. Təhlillər edib, nəyi səhv etdiyimizi öyrənməliyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button