“Layiqli oyun göstərə bilsək…” – “Liverpul”un kapitanı

İngiltərənin “Liverpul” klubunun kapitanı Cordan Henderson UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Napoli” ilə keçirəcəkləri oyundan əvvəl açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu, “Napoli” ilə qarşılaşmada qalib gəlmək üçün çalışacaqlarını deyib:

“Liverpul”da oynamaq asan deyil, hər kəs səni məğlub etmək istəyir. Bu, həmişə belə olub. “Napoli” böyük komandadır, biz də öz oyunumuza köklənməliyik. Layiqli oyun göstərə bilsək, qalib gəlmək üçün böyük şansımız olacaq. Bu mövsüm turnirin favoritlərindən biri olduğumuzu demək üçün tezdir. Mövsümə yaxşı başlamışıq, ən yaxşı şəkildə start vermək istəyirik.

Hər zaman yeni uğurlar qazanmaq üçün həvəsliyik və özümüzü inkişaf etdirmək istəyirik. Keçən mövsüm artıq geridə qaldı. Həmin uğuru təkrarlaya bilsək, əla olacaq, amma biz həmişə daha yaxşısı, hər şeyi qazanmaq üçün çalışırıq. Hər oyunda qalib gəlmək istəyirik”.

“Napoli” – “Liverpul” oyunu bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button