Lavessi geri dönür

“Napoli”nin sabiq futbolçusu Ezekiel Lavessi yenidən İtaliyaya qayıda bilər.

Komanda.az xəbər verir ki, Çinin “Hebey” klubunda forma geyinən 34 yaşlı hücumçu ilə “Torino” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Torino” rəhbərliyinin argentinalı oyunçu ilə görüşəcəyi bildirilir. Lavessi yenidən İtaliyaya qayıtmağa müsbət yanaşır.

İspaniyanın “Qranada” klubu da bir müddət əvvəl Lavessini transfer etmək istəmiş, ancaq oyunçu ilə razılaşa bilməmişdi.

2007-2012-ci illər aralığında “Napoli”də çıxış edən Lavessi, 2012-ci ildə 30 milyon avro qarşılığında PSJ-yə transfer olunmuşdu. Argentinalı hücumçu 2016-cı ildən “Hebey”də çıxış edir. Onun Çin klubu ilə 2019-cu ilin sonuna kimi müqaviləsi var.